Amerika İsrail İctimai əlaqələr Komitəsinin Siyasi və Dövlət məsələləri üzrə direktoru ADU tələbəri ilə görüşdü -

Amerika İsrail İctimai əlaqələr Komitəsinin Siyasi və Dövlət məsələləri üzrə direktoru ADU tələbəri ilə görüşdü

Amerika İsrail İctimai əlaqələr Komitəsinin Siyasi və Dövlət məsələləri üzrə direktoru Marvin Feyer ADU tələbəri ilə görüşdü
Noyabrın 3-də ABŞ-İsrail İctimai əlaqələr Komitəsinin Siyasi və Dövlət məsələləri üzrə direktoru Marvin Feyer Azərbaycan Dillər Universitetində (ADU) oldu.
Öncə qonağı universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qəbul etdi. Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev da iştirak edirdi.
Daha sonra Marvin Feyer ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşdü.
ADU-ya bu ixtisasda təhsil alan tələbələrlə görüşmək məqsədi ilə gələn Marvin Feyer Azərbaycana üçüncü səfəri çərçivəsində universitetdə ilk dəfə olduğunu söylədi. O, tələbələrə özü haqqında məlumat verərək ABŞ-ın İsraildəki səfirliyində çalışdığını, Con Hopkins Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində uzun müddət Yaxın Şərqin təhlükəsizlik problemləri və ABŞ-ın müdafiə siyasətini tədris etdiyini söylədi. M.Feyer, həmçinin lobbiçilik, elmi-tədqiqat və siyasi inkişaf məsələləri ilə məşğul olduğunu da sözlərinə əlavə etdi.
Sonda qonaq İsrail Araşdırmalar Mərkəzi ilə də yaxından tanış oldu.
Qeyd edək ki, bir çox kitab və monoqrafiyaların müəllifi olan Marvin Feyer Azərbaycan Diplomatik Akademiyası, Harvard, Corctaun və Hayfa Universitetlərində məruzələr söyləyib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !