Qubada Uşaq hüquqları aylığı na həsr olunmuş tədbir keçirilib - FOTO

Qubada “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib FOTO

Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba şəhəri 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin konfrans zalında “Səmavi dinlərin uşaq hüquqları haqqında mülahizələri” adlı seminar-məşğələ təşkil olunub.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin əməkdaşı Murad Əsgərov, Quba şəhəri 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xanımsona Quliyeva, şəhərin ümumtəhsil məktəblərinin müəllim və şagird heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov açaraq ölkəmizdə, o cümlədən Quba rayonunda “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbirlərin müntəzəm keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda uşaqların hüquqlarının qorunmasına dair müddəalar təsbit olunub və uğurla icra edilməkdədir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Azərbaycan dövlətinin uşaq hüquqlarının qorunması, gələcək nəsillərin sağlam ruhda böyüməsi və inkişafı sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edib. Bildirib ki, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev uşaqlara xüsusi qayğı ilə yanaşar, onlarla tez-tez görüşlər keçirərdi. Bu ənənə hazırda ölkə rəhbərliyi tərəfindən davam etdirilməkdədir. E.Nurullayev səmavi dinlərdə uşaqlara münasibətdən də söz açaraq qeyd edib ki, Məhəmməd peyğəmbər (s) uşaqların incidilməsinin tam əleyhinə olub, onlara qarşı həmişə nəcib davranıb.
İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin əməkdaşı Murad Əsgərov çıxış edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqlarının qorunması sahəsində gördüyü işlərdən və həyata keçirdiyi tədbirlərdən bəhs edib. Quba şəhəri 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xanımsona Quliyeva isə qeyd edib ki, hər bir şagird hüquq və vəzifələrinin olduğunu bilməlidir. O bu hüquq və vəzifələrdən düzgün istifadə etməli, digər insanlara hörmətlə yanaşmalıdır.
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara dini sahə üzrə maariflənidirici ədəbiyyatlar paylanılıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !