Beynəlxalq turnirdə mükafat qazanılıb - FOTO

Beynəlxalq turnirdə mükafat qazanılıb FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində voleybol idman növü üzrə “Tbilisi Open-2016” adlı beynəlxalq turnir keçirilib.

Yarışların hər birində 1999-2000-ci il təvəllüdlü oğlanlar və 2000-2001-ci il təvəllüdlü qızlardan ibarət 8 komanda mübarizə aparıb. Turnirdə iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin oğlanlardan və qızlardan ibarət komandaları müvafiq olaraq 2-ci və 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, turnir yeniyetmə voleybolçuların ustalıq səviyyələrinin və yarış təcrübələrinin artırılmasına kömək etmək məqsədilə təşkil olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !