Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri görkəmli bəstəkar Tofiq Bakıxanov ilə görüşmüşdür -

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri görkəmli bəstəkar Tofiq Bakıxanov ilə görüşmüşdür

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada səfərdə olan “Şöhrət” ordenli, Azərbaycan Respublikasının Xalq artisti, professor, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, Tofiq Bakıxanovun Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışmışdır. Bəstəkarın əsərlərinin yüksək qiymətə layiq olduğunu bildirən Ali Məclisin Sədri ona yeni yaradıcılıq uğurları arzulamışdır.
Xalq artisti Tofiq Bakıxanov muxtar respublikada musiqi sənətinin inkişafı və gənc musiqiçi kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlərin onda böyük məmnunluq doğurduğunu vurğulamışdır. Naxçıvan Muxtar Respublikasında yaradıcılığına yüksək qiymət verildiyini bildirən Tofiq Bakıxanov göstərilən diqqətə görə minnətdarlıq etmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !