Gənclər Fondunun dəstəyi ilə Qubada Gənc intellekt turnirinə start verilib - FOTO

Gənclər Fondunun dəstəyi ilə Qubada “Gənc intellekt” turnirinə start verilib FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Quba rayon Gənclər və İdman İdarəsinin, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, “Xəzər” İntellektual Gənclər Klubu və Azərbaycan Dövlət Pedaqoji Universitetitinin Quba filialının təşkilati dəstəyi ilə gənclər arasında “Gənc intellekt” adlı layihəyə start verilib.
ADPU-nin Quba filialında keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Raman Kərimov qeyd edib ki, layihənin əsas məqsədi tələbə və gənclərin asudə vaxtının intellektual oyunlarla səmərəli təşkilinə nail olmaq və Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, eləcə də dünya barədə biliklərinin zənginləşdirilməsidir.
8 turdan ibarət yarışında sonunda ən çox xal toplayan komandanın qalib gələcəyi turnirin ilk turunda 8 komanda Nə? Harada? Nə zaman? oyunu üzrə qüvvəsini sınayıb. İlk turun qalibi adını “Əmma” biliciləri qazanıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !