ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı ADU-da oldu - FOTO

ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı ADU-da oldu FOTO

Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Lin Sini qəbul etdi.
Qonaqları salamlayan professor Dünyamin Yunusov onları ADU-da görməkdən məmnunluğunu dilə gətirdi. O, universitetin yaranma tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında qonaqlara məlumat verdi. Ali təhsil müəssisəsində müxtəlif dillərin tədris olunduğunu söyləyən professor universitetdə 17 dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini sözlərinə əlavə etdi. O, ali təhsil ocağında Çinin Xuçjou Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılan ADU-nun Konfutsi İnstitutunun ümumtəhsil və mədəni-maarifləndirici fəaliyyəti haqqında danışdı. Professor Dünyamin Yunusov ADU-da Azərbaycanda ilk milli Çin dili dərsliyinin nəşr olunduğunu qonaqların diqqətinə çatdırdı. Professor Dünyamin Yunusov ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisası üzrə təhsil alan 10 nəfər tələbəsinin ötən tədris ilində Çinin Şenyan Pedaqoji Universitetində birillik təhsillərini uğurla başa vurduqlarını ifadə etdi.
Səmimi qəbula görə minnətdarlığını bildirən ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Lin Si ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi.
Görüşdə ikitərəfli münasibətlər, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi. ADU-da Konfutsi İnstitutunun fəaliyyətə başlamasının iki ölkə arasında mövcud olan humanitar əlaqələrin inkişafına və təhsil sahəsindəki əməkdaşlığa töhfə verəcəyi vurğulandı.
Sonra qonaqlar ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə yaxından tanış oldular. Onlar, həmçinin adıçəkilən İnstitutun təşkilatçılığı ilə ÇXR-in yaranmasının 67-ci ildönümünə həsr olunan “Konfutsiçilik və müasir Çin” mövzusunda keçirilən elmi seminara da qatıldılar.
Konfutsi İnstitutunun Azərbaycan tərəfindən müdiri, professor Rafiq Abbasov çıxışında Azərbaycan-Çin siyasi, iqtisadi və mədəni əməkdaşlığının təməlinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı qoyulduğunu xatırlatdı. Professor, həmçinin Çinin beynəlxalq siyasətdə və iqtisadiyyatda uğurlu inkişafı haqqında da danışdı.
ADU-nun Konfutsi İnstitutunun Çin tərəfindən müdiri Li Jihua müstəqil, sülh üzərində qurulmuş xarici siyasət həyata keçirən Çinin tarixi və nailiyyətləri, həmçinin strateji islahatları barədə məlumat verdi.
Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr təqdimatla çıxış edərək ADU-nun Konfutsi fəlsəfi irsinin müasir Çin cəmiyyətinin sosial və siyasi inkişafı üçün əsas olduğunu söylədilər və Konfutsi doktrinasının əsas prinsiplərini diqqətə çatdırdılar.
Konsert proqramı ilə yekunlaşan seminarda tələbələr ənənəvi Çin rəqsləri, o cümlədən “Şir rəqsi”, “Yelpik rəqsi” ifa etdilər, həmçinin “Qırmızı Bayraq”, “Böyük Çin” adlı Çin mahnıları, Çin dilində isə “Sarı gəlin” Azərbaycan mahnısını səsləndirdilər.
Qeyd edək ki, çinli qonaqlara Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqlar dostluğunun müasir davamçısı (2003-2013 illər)” adlı kitab və ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları tərəfindən hazırlanan Azərbaycan – Çin dilində ilk milli dərslik hədiyyə edildi.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !