TƏRBİYƏ MÜƏSSİSƏSİNDƏ STOLÜSTÜ TENNİS TURNİRİ KEÇİRİLMİŞDİR - FOTO

TƏRBİYƏ MÜƏSSİSƏSİNDƏ STOLÜSTÜ TENNİS TURNİRİ KEÇİRİLMİŞDİR FOTO

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə cəza çəkən yeniyetmələr arasında stolüstü tennis turniri keçirilmişdir. Tədbirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Tərbiyə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə mayoru Mübariz Vəliyev və digər rəsmi şəxslər yarış iştirakçılarını salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. Püşkatmadan sonra rəqiblər arasında gərgin oyun şəraitində keçirilən yarışda I yeri Elmir Quluzadə , II yeri Şahmurad Səmədov , III yeri Nazim Bəkirov tutmuşlar.
Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmiş, Tərbiyə Müəssisəsinə stolüstü tennis raketkaları, şarlar, futbol topları və qapı toru hədiyyə verilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !