MOLDOVADA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK -

MOLDOVADA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Sabir Hacıyev oktyabrın 26-dan 31-dək Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaq, MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək.

Azərbaycan parlamentinin nümayəndəsi öncə seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü paytaxtdakı müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına, demokratiyanın tələblərinə və şəffaflığa riayət edilməsinə diqqət yetirəcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !