Bakı şəhər nümayəndə heyəti Moskva şəhərində səfərdə olub - FOTO

Bakı şəhər nümayəndə heyəti Moskva şəhərində səfərdə olub FOTO

20-24 oktyabr 2016-cı il tarixlərdə Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin dəvəti ilə qarşılıqlı əməkdaşlıq çərçıvəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olmuşlar.

 

Səfər müddətində Moskva şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin Moskva Orta Ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Məktəbində 2000 – 2001-ci il təvəllüdlü sərbəst güləş və boks idman növü üzrə Moskva və Bakı şəhər yiğma komandaları arasında yoldaşlıq görüşləri keçirilmişdir. İlk olaraq tədbirin təntənəli açılış mərasimində hər iki ölkənin dövlət himni səslənmişdir. Sonra Moskva Şəhər Bədən Tərbiyəsi və İdman Departamentinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Yuliya Bereqovskaya, həmin şöbənin əməkdaşı Mariya Nikolayeva, sərbəst güləş üzrə Olimpiya cempionu David Musulbes, sərbəst güləş üzrə Olimpiya çempionu Vadim Boqiyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliev və Pekin yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Şahin İmranov çıxış edərək yariş iştirakçilarını salamlayıb, idmançılara ugurlar arzulamışlar. Olimpiya çempionu David Musulbes ölkəmizdə olarkən gördüklərindən məmnunluğunu bildirmiş və Azərbaycanda idmana göstərilən dövlət qayğısı nəticəsində ölkənin dünyada idman ölkəsi kimi tanındığını vurğulamışdır. Sonra idman yarışlarına start verilmişdir. Sərbəst güləşçilərimiz rəqiblərinə 6-0 qalib gəlmiş, boksçularımız isə 4-2 hesabı ilə məğlub olmuşlar. Güləş üzrə komandamız kubokla təltif olunmuşdur.

 

Səfər zamanı nümayəndə heyətimiz Moskva şəhərinin idman qurguları və idman məktəbləri ilə yaxından tanış olmuşlar. Hər iki tərəfin rəsmiləri gələcəkdə də bu cür əməkdaşlıgın inkişaf edəcəyini və qarşılıqlı əlaqələrin davam edəcəyini bir daha vurgulamışlar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !