Gənclər arasında sambo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur -

Gənclər arasında sambo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulmuşdur

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Mərkəzində gənclər arasında sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 110 nəfər idmançı mübarizə aparmışdır.

 

Yekun nəticələrə əsasən yarışda 48 kq çəki dərəcəsində I yerə Sabir Ağayev (Neftçi İKİB), 52kq çəki dərəcəsində I yerə Sübhan İsrafilov (Yasamal İK), 57 kq çəki dərəcəsində I yerə Rəşad Dünyamalıyev (Neftçi İKİB), 62 kq çəki dərəcəsində I yerə Fuad Məmmədov (16№-li UGİM), 68 kq çəki dərəcəsində I yerə Elton Quliyev (Neftçi İKİB), 74 kq çəki dərəcəsində I yerə Elvin Cəlilov (Yasamal İK), 82 kq çəki dərəcəsində I yerə Zöhrab Qurbanov (Neftçi İKİB), 90 kq çəki çəki dərəcəsində I yerə Cavid Muradov (Yasamal İK), 100 kq çəki dərəcəsində I yerə Elvin Tarverdiyev (11№-li UGİM), +100 kq çəki dərəcəsində I yerə Hüseyn Quliyev (11№-li UGİM) layiq görülmüşlər.
I, II və III yeri tutmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !