ADU-nun iki jurnalı dünya səviyyəli jurnallar sırasında -

ADU-nun iki jurnalı dünya səviyyəli jurnallar sırasında

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin “Dil və ədəbiyyat” İSSN 2518-7538 və “ADU-nun Elmi xəbərləri” ISSN 2518-752X jurnalları dünya səviyyəli jurnallar sırasına daxil olub.
2005-ci ildən çap olunmağa başlayan “Dil və ədəbiyyat” jurnalı 2006-cı ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunub. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali attestasiya komissiyasının 30 aprel 2010-cu il tarixli iclasında dövri nəşr kimi təsdiq olunub. “Dil və ədəbiyyat” jurnalında müasir ədəbiyyatda baş verən prosesləri təhlil olunmaqla filologiyanın inkişafına təkan verəcək elmi tədqiqat işlərinin nəşri öz əksini tapır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 12 yanvar 2001-ci il tarixli 132 saylı əmrin əsasən “Elmi xəbərlər” jurnalı qrif alıb. 9 mart 2016-cı il tarixində isə jurnalın adı dəyişdirilərək “ADU-nun Elmi xəbərləri” olub.
Bundan əlavə ADU-da müxtəlif istiqamətlərdə elmi tədqiqat işləri aparılır. Bu işlərə həm müəllimlər, həm də tələbələr cəlb olunur. Ayrı-ayrı kafedralarda araşdırılan elmi tədqiqat işlərinin nəticələri respublikamızın müvafiq ali məktəblərində, eyni zamanda universitetin həm bakalavr, həm də magistr pillələrində geniş işlədilməklə, müxtəlif istiqamətli dissertasiya işlərinin yazılmasına zəmin yaradır. Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbələr 24 müxtəlif bölmə üzrə elmi tədqiqat işləri görürlər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !