Hüquq müdafiəçisi mərhum Nazir Quliyevin xatirəsi yad edilmişdir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Hüquq müdafiəçisi mərhum Nazir Quliyevin xatirəsi yad edilmişdir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, hüquq müdafiəçisi mərhum Nazir Quliyevin xatirəsi yad edilmişdir.

 

Tədbirdə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin yeni rəhbərliyinin ictimaiyyətə təqdim edilmiş, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda qeyd edilən “Uşaq hüquqları aylığı“na Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının və Nazir Quliyevin ənənəvi olaraq qoşulduğu müxtəlif tədbirlərin Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən də davam etdirilərək, uşaq hüquqlarının müdafiəsinə tövhə verilməsi ətrafında müzakirələr aparılmışdır.

 

Tədbirdə Ombudsman Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və uşaq komitəsinin, Milli QHT Forumunun, Ədliyyə Akademiyasının, Unicefin Azərbaycan nümayəndəliyinin, icra hakimiyyətlərinin, polis idarələrinin əməkdaşları və QHT rəhbərləri, təşkilatın əməkdaşları, mərhumun dostları və ailə üzvləri də iştirak etmişdir.

 

Çıxışlarda Nazir Quliyevin tanınmış QHT rəhbəri və mütəxəssis kimi uşaq hüquqlarının müdafiəsi, xüsusilə baxımsız və çətin tərbiyə olunan uşaqlarla iş sahəsində xidməti xüsusilə qeyd edilmiş, xüsusi həssaslıqla hüquqi maarifləndirmə, QHT sektorunun inkişafı istiqamətində məqsədyönlü addımları, Yuvenal Ədliyyə sahəsində müxtəlif araşdırmaları, dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində faydalı təklif və tövsiyələri ilə yanaşı etibarlı dost, savadlı, məsuliyyətli və hərtərəfli şəxsiyyət kimi daim yaddaşlarda qalacağı urək yanğısı ilə ifadə edilmişdir
Tədbirin sonunda hər il uşaq hüquqlarının qorunmasında xidmətlərinə görə hüquq müdafiəçisi Nazir Quliyev adına uşaq hüquqlarının qorunmasında ən fəal QHT təmsilçisi mükafatının təsis edilməsi qərara alınmışdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !