Bərdədə Uilyam Şekspirin faciə janrlarında yazdığı "Romeo və Cülyetta" faciəsi səhnələşdirib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdədə Uilyam Şekspirin faciə janrlarında yazdığı "Romeo və Cülyetta" faciəsi səhnələşdirib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Gündən günə gözəlləşən və inkişaf edən Bərdənin mədəni həyatında özünə məxsus fəaliyyəti ilə seçilən mədəniyyət ocaqlarından biri də Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin tabeliyində olan Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbidir. 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan məktəb hər cür müasir avadanlıq və texnologiyalarla təchiz olunub ki bu da burada müxtəlif tipli rayon və region tipli tədbirlərin keçirilməsinə səmərəli şərait yaradır. Bundan başqa məktəbdə bayram və əlamətdar günlər münasibəti ilə hər dəfə müxtəlif tipli tədbirlər keçirilir. Ən-ənələrinə sadiq qalan məktəb kollektivi bu dəfə də hərkəsi təəccübləndirməyi bacardı... Beləki məktəbin müəllim və şagird kontingenti ingilis dramaturqu, şair və aktyor, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi olan Uilyam Şekspirin faciə janrlarında yazdığı "Romeo və Cülyetta" faciəsini səhnələşdiriblər. Səhnələşdirilmiş bu faciə əsəri iştirakçılar tərəfindən çox böyük maraq və coşğu ilə qarşılandı. Sonda çıxış edən Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbinin direktoru Aysel Bayxanova bu əsərin səhnələşdirilməsində əməyi keçən hər bir kəsə öz dərin minnətdarlığını bildirərək onları alqışladı. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !