ADU tələbəsi NASA-da təcrübə keçmək şansı qazanıb -

ADU tələbəsi NASA-da təcrübə keçmək şansı qazanıb

Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi Kənan Əhmədli ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçmək şansı qazanıb. Hazırda robotlaşdırma dərsləri verən 20 yaşlı tələbəmiz “Mələk beyni” konsepsiyası üzərində təqribən 2 il işləyib və bu sahəyə uyğun araşdırmalar aparıb. Müəllifi olduğu “Mələk beyni” konsepsiyası NASA tərəfindən maraqla qarşılanan Kənan Əhmədli NASA-nın təcrübə proqramına qəbul olunub. O, növbəti ayın əvvəlində maketləşdirmə və robotlaşdırma sahəsində biliyini təkmilləşdirmək məqsədi ilə ABŞ-a yola düşəcək. Kənan Əhmədli bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, həm meta-proqramlaşdırma, həm də adi proqramlaşdırma ilə məşğul olan Kənan Əhmədlinin nəzərdə tutduğu robotlar süni intellekt (insan məntiqini maşın və robotlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm) əsasında yaradılacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !