Masallıda Zəka İntellektual bilik yarışı - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “Zəka” İntellektual bilik yarışı FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI. "AZpress.AZ", Əlihüseyn Şükürov. Xəbər verdiyimiz kimi bu gün, 21 oktyabr 2016-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon ümumtəhsil tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında “Zəka” intellektual bilik yarışı üzrə Rayon birinciliyi keçirilib.
Tədbiri Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq ölkədə aparılan gənclər siyasətinin hədəflərini və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb.
Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən bilik yarışında intellekt sahibləri 3 mərhələ üzrə mübarizə aparmışlar. Bütün rəqiblərindən üstün oyun sərgiləyən Bədəlan kənd tam orta məktəbinin komandası bütün mərhələləri uğurla başa vuraraq yarışın birincisi oldu. Ondan bir addım geri qalan S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin komandası yarışın ikincisi, C.Kazımov adına Qodman kənd tam orta məktəbin komandası isə yarışın üçüncüsü oldu.
Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Masallı Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.



AZpress.AZ -

 

Əlihüseyn ŞÜKÜROV 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !