Kempo üzrə 2-ci Avrasiya çempionatı başa çatdı -

Kempo üzrə 2-ci Avrasiya çempionatı başa çatdı

"Şağan Olimpia idman Kompleksin”də keçirilən “Kempo” üzrə Avrasiya çempionatında dünyanın müxtəlif ölkələrindən idmançılar öz məharətlərini göstəriblər. Çempionat Gənclər və İdman nazirliyinin,Bakı şəhər Gənclər və İdman baş idarəsinin və Şərq əlbəyaxa Döyüş Növləri Federasiyaları Assosasiyasının razılığı ilə və “Toğrul”idman klubunun təşkilatçılığı ilə keçirilmişdir. Beynəlxalq yarışda 24 klubdan 220-ə yaxın idmançı öz güclərini sınayıb. Xarici ölkələrdən Gürcüstan, Rusiya və İran idmançıları da iştirak etmişdilər. Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov bu cür dünya miqyaslı yarışların ölkəmizə gətirilməsinə Azərbaycanın sürətli iqtisadi inkişafının idman yarışlarına birbaşa təsirinin nəticəsi ilə əlaqəli olduğunu deyib. Rauf İbrahimov deyib ki, Bakının günü-gündən gözəlləşməsi idman yarışıları həvəskarlarına paytaxta izləmək şansını verir. Kempo üzrə 2-ci Avrasiya çempionatının hakimi Anar Heydərquliyev isə açıqlamasında “müxtəlif paytaxt yarışlarında, respublika birincilik və çempionatlarında, açıq turnirlərdə biz ildən-ilə artan rəqabəti görürük. Ölkə və paytaxt çempionatlarındakı rekordların sayı bunu deməyə əsas verir. Sevindirici haldır ki, kütləviliyin sayı da artır. Bu artım isə müstəqil respublikamızda idmana olan qayğının nəticəsidir” deyə bildirib.

 

Qeyd edək ki, çempionat Kempo PRO,Kempo Full və Kempo Submission (Gi-NoGi) versiyaları üzrə keçirilmişdi. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !