Bu həftə Musiqili Teatrda 6 tamaşa olacaq - FOTO

Bu həftə Musiqili Teatrda 6 tamaşa olacaq FOTO

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşaçılar 21, 22, 23 oktyabr tarixlərində saat 12.00, 14.00 və 19.00-da “Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 22 oktyabr tarixində saat 12.00-da R. Ağayeva, A. Kurlyanskiy və A. Xaytın “Bir dayan, canavar!” əsəri rus dilində, 14.00-da Ə. Səmədlinin “Meşə çaqqalsız olmaz”, 23 oktyabr tarixində saat 12.00-da isə O. Zülfüqarov, R. Heydərin “Dəcəl çəpişlər” tamaşaları Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar təqdim olunacaq bu səhnə əsərlərində sevimli aktyorları – Azərbaycan Respublikasının Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Svetlana Bulax, Emma Məlikova, Nahidə Orucova, Nərgiz Kərimova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Marina Litvenonko, Emil Heydərov, Nadejda Povelitsina, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Səməd Xasıyev, Fərid Rzayev, Elməddin Dadaşov, Gülnarə Əzizova, Zinyət Qurbanova, Güldanə Əzimova, Eleanora Mehdiyeva və başqalarının ifalarını izləyə biləcəklər.
Azərbaycan Dövlət Musiqili Teatrı həftə sonunu şən və yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !