HACI SƏNİFƏ XANIMIN AD GÜNÜ ÜÇÜN BİR DƏSTƏ QIZILGÜL TƏBRİKİ ... - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

HACI SƏNİFƏ XANIMIN AD GÜNÜ ÜÇÜN BİR DƏSTƏ QIZILGÜL TƏBRİKİ ... FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI. Əlihüseyn Şükürov, "AZpress.AZ" . Haqqında danışdığım Sənifə xanım Sultanovanı çoxdan tanıyıram və indi də təbrik salamlarımı uzaq doğma Masallıdan doğma Naxçıvana yetirirəm. Məsələ ondadır ki, o bugün , yəni oktyabrın 15-də anadan olub. Uzun-uzadı həyat yolları ilkin zamanda üzünə gülməyib. Elə azca gülən vaxtlarında həyat yoldaşı Rizanı bədbəxt bir hadisə zamanı-1961-ci ildə itirib. Yəqin təsəvvür edirsiniz cavan yaşında sevgini itirəsən və inanmayasan əbədi dünyadan ayrılmağına. Amma tale ilə razılaşmalı olursan. Bu həyatdır, enişi var, yoxuşu...Tale yollarında iki qız övladı böyütdü. Ali təhsilli olmaqları üçün həm də onlara atasızlığı da unutdurdu və təhsil aldılar. Cəmiyyət üçün ləyaqətli şəxslər oldular. Onlar da anaları kimi cəmiyyətə lazımlı insanlar tərbiyə edib bəxş etdilər. İndi qızları ana ömrünün xoşbəxtliyinə dönüb. İndi bəxtiyar günlərini yaşayır Sənifə xanım. Doğulduğu və fəaliyyət göstərdiyi nəqşicahanlı Naxçıvan ellərində böyük hörmət-izzəti var. Böyükdən kiçiyədək hamı onu tanıyır Naxçıvanda. Əlbəttə, bu yazı Sənifə xanımçün bir təbrik mesajıdır. Əgər onun ömrünü bir vərəq kimi çevirsək böyük bir məqalə alınar. Amma onun həyatının bəzi məqamlarından danışırıq. Nə qədər xoşbəxt anların, günlərin şahidi olub, yüzlərlə gəncə "Xoşbəxt olun!" söyləyib. Qızlarına da bu ocağa o sözləri söyləyib rəsmi qaydada. Sonra Ana kimi! S. Sultanova 1975-ci ildən indiyə kimi Naxçıvan şəhəri Qeydiyyat Şöbəsinin müdiri vızifəsini ifa edir. O, Azərbaycan dövlətçiliyinin bərpa olunmasında AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN YAXIN SİLAHDAŞLARINDAN BİRİ OLUB. Əməkdar Dövlət qulluqçusu adını alıb. Yüksək xidməti əhali tərəfdən, xüsusən gənclər qarşısında rəğbətlə qarşılanır. Böyük əmək fəaliyyəti olan Sənifə xanımçün insanların fərqi yoxdur; o, hər bir kəsə, hər bir gəncə öyüd-nəsihətlər verir, onu eşidirlər, sözünü qiymətləndirirlər.
Şairin təbirincə desək:

 

Səninlə əkə bilmirəm,
Bir könül tikə bilmirəm,
Dərdini çəkə bilmirəm,
Gəl, şəklini çəkim, dünya! (Musa Yaqub).

 

O, dünyanın dünyasının şəklini çəkib. Hərdən ürək çırpıntılarını şeirə çəkməyi də var. Bilir ki, poetik söz, poeziya ürək yanğısıdır, yazmasa sakit ola bilməz. Bir kitabın müəllifidir, bir kitablıq şeirləri də hazırdır. Hərdən deyirəm ki, Hacı xanım, gəl bir kitabınızı da çap etdirək, razılaşmır. Deyir ki, mən nə ədəbiyyatı, nə jurnalistika fakültəsini qurtarmışam. Yazdıqlarım mənim qəlbimin duyğularıdı...
Sənifə xanıma həsr olunan şeirlər də töhfə olunmuşdur...
Həyat onun qədrini bilənlərin, əzabını çəkənlərindir. Əgər əksinə olanda həyat gülmür adamın üzünə. Amma, Sənifə Sulatovanın üzünə həyat güldü, şükürlər olsun Allaha! Övladlarını, nəvələrini görəndə köksü dağ kimi böyüyür. Onlar vətəndaş cəmiyyətinin bütün sahələrində analarına, nənələrinə-Əməkdar Dövlət qulluqçusu Sənifə Riza qızı Sultanovaya oxşamaq istəyirlər və buna nail olublar.
Hacı xanım, təkcə Azərbaycanda yox, dünyada yaşayan çoxsaylı oxucularımız adından ad gününüzü təbrik edirik, Sizə cansağlığı, Vətən xoşbətliyi, bəxtəvər günlər arzu edirik. Allah sevinci üstünüzdən əskik etməsin. Bu, bizim Siin ad gününüzə bir hədiyyəmizdir...

 


"AZpress.AZ" üçün şəkilləri S.Sultanovanın kitabından MAHAL İBRAHİMOĞLU təşkil edib.

 


AZpress.AZ -ın



müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.



Masallı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !