DEPUTATLARIMIZ YAPONİYADA SƏFƏRDƏ OLACAQLAR -

DEPUTATLARIMIZ YAPONİYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin deputatları Muxtar Babayev və Kamran Nəbizadə oktyabrın 16-da Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcəklər.

Millət vəkilləri Yaponiya Parlamentində qanunvericilik orqanının strukturu, iş prinsipləri, deputatların fəaliyyəti ilə yaxından tanış olacaqlar. Nümayəndə heyətimiz yaponiyalı həmkarları ilə bir sıra görüşlər də keçirəcəklər.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, dostluq qrupları çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin əhəmiyyəti və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 21-də başa çatacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !