DEPUTATLARIMIZ AVSTRALİYADA SƏFƏRDƏ OLACAQLAR -

DEPUTATLARIMIZ AVSTRALİYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar.
Deputatlarımız burada Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılış mərasimində və Qərbi Avstraliyada Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilmiş ölkəmizin müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. Səfər çərçivəsində deputatlarımız bu ölkənin paytaxtı Kanberra şəhərində Avstraliya parlamentində olacaq, burada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş geniş tədbirdə iştirak edəcəklər.
Səfər müddətində nümayəndə heyətinin parlament və hökumət üzvləri ilə bir sıra görüşləri də nəzərdə tutulmuşdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !