Tovuz Balıqartırma Təsərrüfatı tərəfindən Şəmkir dəryaçasına ildə 10 milyon körpə balıq buraxılır - FOTO

Tovuz Balıqartırma Təsərrüfatı tərəfindən Şəmkir dəryaçasına ildə 10 milyon körpə balıq buraxılır FOTO

Tovuz Balıqartırma Təsərrüfatının işçiləri ana balıqların qış nohuruna köçürülməsinə hazırlaşırlar.
Qərb bölgəsinin iqliminə daha yaxın olduğu və uyğunlaşdığı üçün təsərrüfatda çəki və çapaq balıqlarının artırılması məqsədəuyğun sayılır. Rayonun Ceyrançöl ərazisində 113,5 hektara yaxın ərazini əhatə edən təsərrüfatda 3 mindən çox ana balıqdan kürü alınır.
Təsərrüfatın direktoru Rafael Yusifov AZƏRTAC-a müsahibəsində bildirib ki, göllərdə 2630 çəki və 450 çapaq ana balıq var. Körpə balıqlar Kür çayı ilə Şəmkir dəryaçasına axıdıldıqdan sonra ana balıqlar seçilərək qışlama nohuruna daşınır. Dəryaçaya ildə 10 milyon körpə balıq buraxılır. Yazda isə ana balıqlar kürüləmə nohuruna köçürülür. Təsərrüfatda artım yüksək olsa da, ana balıqlar qış vaxtı vəhşi quşların hücumuna məruz qalır. Bu isə onların sayına təsir edir.
İyirmi beş ildir fəaliyyət göstərən təsərrüfatda yetişdirilən balıqlar arpa, buğda və digər qüvvəli yemlərlə bəslənilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !