Sentyabr ayında 195-2 Çağrı Mərkəzinə 800-dən çox müraciət daxil olub -

Sentyabr ayında 195-2 Çağrı Mərkəzinə 800-dən çox müraciət daxil olub

Sentyabr ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 800-dən çox, ümumilikdə isə indiyədək 55 mindən çox müraciət edilib.
Müraciətlər əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlərə isə Nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək "2" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək və səsli menyunun köməyi ilə müvafiq məlumatlar əldə etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
Həmçinin, sentyabr ayında Nazirliyin 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 300-ə yaxın vətəndaş istifadə edib. Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər daha çox lisenziyalar barədə sorğularla müraciət ediblər. Qeyd edək ki, 195-2 Çağrı Mərkəzinin səsli menyusu vasitəsilə vətəndaşlara 7 istiqamət üzrə məlumat verilir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !