Şirin Xanım Kərimbəyli Şadiman: - GECƏLƏR

Şirin Xanım Kərimbəyli Şadiman: GECƏLƏR

Ağladır zülmət için sevgiyə həsrət gecələr,
Edir könlüm yenə də qəm ilə niyyət gecələr.

 

Sevdirir eşqə canı, qaçmayır ondan uzağa,
Salır ruhla savaşı hissimə izzət gecələr.

 

Ay doğur, qaranlığı qərq edir nura sübhədək,
Mən də bu məhəbbətə, edirəm heyrət gecələr.

 

Yummuram gözlərimi, gözləyirəm Dan ulduzun,
Tutub dilə onu mən eyləyim söhbət gecələr.

 

Eşqimi bağlamışam kainat içrə sirrə mən,
Sıxmasın ürəyimi yerdəki illət gecələr.

 

Hər günün ağrısını sinəmə yük eyləyirəm,
Bu yükü daşıyram ruhuma zillət gecələr.

 

Şirinə verdi qəmi hislərə vurğun bu təbi,
Edəlim hər sözümü cümlə-hekayət gecələr.

 


06.10.2016
Şirin Xanım Kərimbəyli Şadiman
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !