Nar bağı filminin çəkilişlərinə start verildi -

“Nar bağı” filminin çəkilişlərinə start verildi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filminin çəkilişlərinə start verildi.

 

Dram janrında lentə alınan filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf və Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Akif Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhadov, Həsən Ağayev və digərləri canlandırırlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !