Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq! mövzusunda seminar-müşavirə - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” mövzusunda seminar-müşavirə FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” mövzusunda seminar-müşavirə.

 

 

7 oktyabr 2016-cı il tarixdə Masallı şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” mövzusunda seminar-müşavirə keçirmişdir.

 

Müşavirədə Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayon veteran təşkilatlarının sədrləri, əməkdaşları, şəhid ailələri, müvafiq dövlət və ictimai təkilatların nümayəndələri, rayonun fəal gəncləri iştirak etmişlər.

 

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

 

Seminar-müşavirəni giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının Təşkilati və Analitik İnformasiya şöbəsinin müdiri Lətif Babayev “Azərbaycan qəhrəmanlar diyarıdır” mövzusunda məruzə etmişdir.

 

RVT gənclərin hərbi vətənpərvərliktərbiyəsi şöbəsinin müdiri Adil Haqverdiyev “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq parlaq səhifəsidir “, “Azərbaycan veteranı” qəzetinin məsul katibi Səidə Abdullayeva “Torpaq-uğrunda ölən varsa vətəndir”, gənclərin hərbi vətənpərvərlik şöbəsinin məktəblərdə təhsil alan gənclərlə iş üzrə mütəxəssisi Nəbi Hacıyev “Masallı qəhrəmanları” mövzularında məruzələr etmişlər.

 

RVT-nin hüquqşünası Vüsalə Cəfərli layihənin əhəmiyyətindən, Masallı Rayon Ağsaqqallar Şurasının sədr müavini, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev rayonda hərbi vətənpərvərlik tədbirlərinin hazırlanıb həyata keçirilməsindən danışmışlar.

 

Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş film nümayiş etdirilmişdir.

 

 

 

 

AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !