Mingəçevir, Ağstafa və Yardımlıda sahibkarlar üçün treninqlər təşkil olunub -

Mingəçevir, Ağstafa və Yardımlıda sahibkarlar üçün treninqlər təşkil olunub

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Mingəçevir, Ağstafa və Yardımlıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.
"Sənayedə brendləşmə", "Kənd təsərrüfatında logistika", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Made in Azerbaijan" brendinin yaradılması" mövzularını əhatə edən treninqlərdə brendin mahiyyəti, brendləşmənin xüsusiyyətləri, logistikanın mahiyyəti və bu cür mərkəzlərin yaradılması, sığortanın əhəmiyyəti və bu sahədə qanunvericilik, ixrac bazarları, innovativ texnologiyalar və s. barədə ətraflı məlumatlar verilib.
Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !