ADU-da Türk dünyası ədəbiyyatçıları və Çukurova Ədəbiyyatçılar Dərnəyinin üzvləri ilə görüş keçirildi -

ADU-da Türk dünyası ədəbiyyatçıları və Çukurova Ədəbiyyatçılar Dərnəyinin üzvləri ilə görüş keçirildi

Bu yaxınlarda Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Yazarlar Klubunun təşkilatçılığı ilə Türk dünyası ədəbiyyatçıları və Çukurova Ədəbiyyatçılar Dərnəyinin üzvləri ilə görüş keçirildi. Azərbaycan və qardaş Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə açılan tədbirdə hər iki ölkədən çox saylı qonaqlar iştirak edirdi.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Əsəd Cahangir görüşün əhəmiyyətindən danışaraq belə bir tədbirə ev sahibliyi etdiyinə və təşkilatçılığa görə Azərbaycan Dillər Universitetinə, həmçinin iştirak edən qonaqlara təşəkkürünü bildirdi.
Filologiya və jurnalistika fakültəsinin IV kurs tələbəsi Kamran Abbaszadə sədrlik etdiyi Yazarlar klubu haqqında məlumat verdi. Bundan sonra Yazarlar klubunun üzvləri öz şeirləri ilə çıxış edərək Çukurova Ədəbiyyatçılar Dərnəyinin rəhbəri Halisə Təkbaş tərəfindən diplom və sertifikatlarla təltif olundular.
Qeyd edək ki,tədbirdə Yazarlar klubunun sədri Kamran Abbaszadə Çukurova Ədəbiyyatçılar Dərnəyinə üzv seçildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !