FERMER OLMAQ İSTƏYİRƏM -

FERMER OLMAQ İSTƏYİRƏM

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə , “İRӘLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə AzGF-nun 8-ci qrant müsabiqəsinin qalibi Şahin Rəhmanlının rəhbəri olduğu “Fermer olmaq istəyirəm” layihəsinə start verilir. Kənd təsərrüfatı ilə məşğul olan gənclərin sahibkarlıq bacarıqlarının artırılması, onların məşğulluluğunu təmin etmək, kənd gənclərinin təsərrüfatçılığa sövq edilməsi, ixtisaslı kadrlarla müxtəlif rayonlarda kəndlilərin görüşünü təşkil etmək, onları maarifləndirmək layihənin əsas məqsədlərindəndir. Layihədə 16-29 yaş arası əsasən kəndlərdən, rayonlardan, xüsusilə bələdiyyə üzvləri olan gənclərin iştirakı nəzərdə tutulub. “Fermer olmaq istəyirəm” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları tərəfindən, kənd təsərrüfatı haqqında ilkin anlayışlar, əkinə yararlı torpaqları necə müəyyən etməli, torpağa və bitkilərə aqrotexniki qulluğun qaydaları, Sahibkarlığa Kömək Milli fondu haqqında və ora necə müraciət etməli, aqrar sahədə sahibkarlıq kimi mövzularda 5 günlük təlimlər nəzərdə tutulmuşdur. Təlimlərlə yanaşı layihənin son mərhələsində kənd təsərrüfatı ilə məşğul olmaq üçün ümumi məlumatlar toplusu, bu sahədə yeni texnikalar və onların göstəriciləri, iqtisadi çətinlik şəraitində yerli kənd təsərrüfatı məhsullarınının istehsalının artırılması kimi məsələlərin əks olunduğu “Fermerin əl kitabı” hazırlanacaq.
Layihə Lənkəran, Masallı və Cəlilabad rayonlarında keçiriləcəkdir. Beləliklə, “Fermer olmaq istəyirəm” layihəsinin reallaşması yüzlərlə gəncin bu sahədə maariflənməsinə səbəb olacaq.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !