ALMANİYA BUNDESTAQININ DEPUTATI MİLLİ MƏCLİSDƏ OLDU -

ALMANİYA BUNDESTAQININ DEPUTATI MİLLİ MƏCLİSDƏ OLDU

Oktyabrın 5-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Aleksandr Ulriçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Xanlar Fətiyev qonaqları salamlayaraq, bu günlərdə Almaniyanın milli bayramı münasibəti ilə bu ölkənin səfirliyində təşkil olunmuş tədbirdə iştirak etdiyini söylədi və təbriklərini çatdırdı. Bildirildi ki, ölkələrimiz arasında müxtəlif sahələrdə gözəl münasibətlər mövcuddur. Biz parlamentlər səviyyəsində də sıx əməkdaşlıq edirik.
Almaniya Bundestaqının deputatı Aleksandr Ulriç səmimi görüşə görə minnətdarlığını ifadə etdi. O, səfərin Beynəlxalq parlament təqaüdü (İPS) proqramı ilə əlaqədar olduğunu bildirdi. Məlumat verildi ki, bu proqram siyasətə maraq göstərən gənclər üçün nəzərdə tutulub. Proqramda 41 ölkədən 120 nəfər gənc iştirak edir. Hazırda Azərbaycan və Qazaxıstandan 7 gəncin proqrama seçilməsi gözlənilir. Həmin gənclər Almaniya Bundestaqının fəaliyyəti ilə tanış olacaq, təcrübə keçəcəklər. Qonaq qeyd etdi ki, Azərbaycanda istedadlı, siyasətlə maraqlanan gənclər çoxdur və onlar Almaniyada topladığı təcrübəni öz ölkələrində müvəffəqiyyətlə tətbiq edə biləcəklər.
Almaniyalı deputat hər iki ölkənin parlamentləri arasında, xüsusilə dostluq qrupları çərçivəsində sıx əlaqələrin olduğunu söylədi. İqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi barədə danışdı. Almaniya-Azərbaycan Ticarət Palatasının fəaliyyətini müsbət dəyərləndirdi. O, Azərbaycanın Almaniya üçün enerji sahəsində vacib tərəfdaş olduğunu dedi. Aleksandr Ulriç Azərbaycanda müxtəlif dini icmaların qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməsini xüsusi vurğulayaraq, bunun digər ölkələr üçün gözəl nümunə olduğunu söylədi.
Dostluq qrupunun üzvü Asim Mollazadə çıxış edərək İPS proqramının əhəmiyyəti barədə söhbət açdı. Qeyd edildi ki, Bundestaqın təcrübəsinin öyrənilməsi, Almaniya siyasi sistemi ilə tanışlıq gənclərimiz üçün müsbət haldır. O, Almaniyanın ölkəmizdə peşə təhsili islahatları ilə bağlı gördüyü işləri də təqdir etdi. Hər iki ölkənin universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin önəmli olduğunu dedi.
Dostluq qrupunun digər üzvü Şəmsəddin Hacıyev bildirdi ki, biz İPS proqramını dəstəkləyirik. Almaniyada təhsil almış gənclərin gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə çalışaraq, əldə etdikləri təcrübəni tətbiq etməsi çox önəmlidir. Deputat Azərbaycanda dövlət qurumlarına əməkdaşların işə qəbulu qaydaları ilə bağlı qonaqlara ətraflı məlumat verdi.
Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İPS proqramı, habelə, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə öz fikirlərini açıqladı. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !