Ahıllar günü münasibətilə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Bərdə şəhər Mədəniyyət Mərkəzində konsert proqramı təşkil etmişdir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Ahıllar günü münasibətilə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Bərdə şəhər Mədəniyyət Mərkəzində konsert proqramı təşkil etmişdir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

1 oktyabr Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Ahıllar günü münasibətilə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi Bərdə şəhər Mədəniyyət Mərkəzində konsert proqramı təşkil etmişdir. Konsert proqramını Mustafaağalı Folklor evi, 1 nömrəli Musrafaağalı kənd klubu və 2 nömrəli Musrafaağalı kənd klubunun özfəaliyyət kolektivinin iştirakı ilə keçirilmişdir. Konsert proqramında ahıl insanlara olan münasibətdən həmişə cəmiyətimizdə onlara olan diqqət və qayğıdan danışıldı. Daha sonra konsert proqramıilə tədbir davam etdi
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !