Bakı mənzərələri - FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Bakı mənzərələri FOTO ( AZpress.AZ - Minə Türksoy, Rüstəm İsmayılov )

Qədimliyi qədər zəngin, gözəlliyi qədər möhtəşəm. Özündə əsrlərin , qərinələrin istisini-soyuğunu , odunu-alovunu, tarixin hər acısını –şirinini qəlbində gizlədən dogma Bakım. Hər daşında həyat olan Odlar Yurdu. Düşmənlərin əl çatmaz qalası.Tarixlərin pozulmayan yazısı. Sənin gözəlliyini , istiliyini, insanlarının qonaqpərvərliyini dünyanın cah-cəlalına dəyişmərəm. Sən ruhumun sevgisi, varlığımın mənası Azərbaycanımın ürəyisən. Sən mavi gözlü Xəzərimin dalğaları arasından boylanan kövrək, həssas, nazlı Bakım. Gözəlliyi ilə hər kəsi heyran edərək dünyaya səs saldın. İlin hansı fəslində olursan ol, hansı hava şəraitində olursan ol sən gözəlliyin ilə heyranlığa səbəb ola bilirsən. Sənin gözəlliyin haqqında hər zaman mahnılar bəstələnmiş , şerlər yazılmış rəsmlər çəkilmiş , fotolar çəkilmişdir.
Bəzi insanlar var ki, peşəkarlıqlarından ustalıqla istifadə edərlər. Sanki bir məqam bir an gözləyərlər ki, o anı gerçəkləşdirsinlər. Belə insanlara zamanın ovçusu da demək olar. Belə insanlardan biri də Azpress.Az informasiya Agentliyinin foto-müxbiri, agentliyin redaktor müavini , peşəkar fotoqraf Rüstəm Fərman İsmayılovdur. Onun çəkdiyi fotolar foto olmaqdan çıxmış sanki rəssamın yaratdığı canlandırdığı bir sənət əsəridir. İstər portret, istər təbiət, istərsədə hər hansı bir dövlət tədbirlərində olan çəkilişləri olsun , o öz peşəkarlığını mütləq göstərməlidir. Çəkdiyi fotolar hər zaman yüksək səviyyədə təqdim olunmuşdur. Hazırda yayımladığımız fotolar isə gözəllər gözəli Bakımızın buludlu , günəşli mənzərəsinə həsr olunmuşdur. O bu günü dəyərləndirərək öz ovunu zamanında yaxalamış və gözəl bir foto albom yaratmışdır. Bu fotolar tarixi yaşadacaq və hər zaman vətənimizin gözəlliyini əcnəbi ölkələrə təqdim etməyə layiq olacaqdır. Buyurun təqdim etdiyimiz fotoları izləyin . Silsilə fotolarımız tezliklə sizləri yenidən sevindirəcək.


Azpress.Az, Minə Türksoy
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !