CƏNUBİ AFRİKA PARLAMENTİNİN İBTİDAİ TƏHSİL KOMİTƏSİNİN SƏDRİ MİLLİ MƏCLİSDƏ -

CƏNUBİ AFRİKA PARLAMENTİNİN İBTİDAİ TƏHSİL KOMİTƏSİNİN SƏDRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikası Parlamentinin İbtidai təhsil komitəsinin sədri Nomalungela Gina ilə görüşdü.
Qonağı səmimi salamlayan İsa Həbibbəyli ölkəmizdə təhsil sahəsində əldə olunan uğurlardan, aparılan islahatlardan danışdı. Rəhbərlik etdiyi komitənin işindən, Milli Məclisdə təhsil sahəsini əhatə edən hüquqi aktların qəbulundan, yeni “Təhsil haqqında”, “Elm haqqında” qanunlardan hazırlanmasından danışdı. Bildirildi ki, Azərbaycanın təhsil sistemi güclü potensiala malikdir. Ölkə əhalisi 100 faiz orta təhsillidir. Azərbaycanda 50-dən artıq ali məktəb fəaliyyət göstərir. Söhbətdə İsa Həbibbəyli güclü elmi potensiala malik Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətindən söz açdı. Hazırda ölkədə 10 mindən artıq elmlər doktoru, elmlər namizədi, professor və dosentin elmi - pedaqoji işlə məşğul olduqlarını bildirdi.
Görüşdə iştirak edən Mili Məclisin deputatı, Cənubi Afrika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rasim Musabəyov parlamentarilər arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruriliyindən danışdı.
Cənubi Afrika Respublikası Parlamentinin İbtidai təhsil komitəsinin sədri Nomalungela Gina səmimi görüş və ətraflı məlumata görə təşəkkürünü bildirdi. Qonaq V Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını yüksək qiymətləndirdi. O, qeyd etdi ki, ölkə başçısı öz çıxışlarında multikultural dəyərlərə, təhsil sahəsinin inkişafına böyük əhəmiyyət verildiyini diqqət çatdırdı. Öz ölkə əhalisinin 20 faizinin tam savadsız olduğunu təəssüflə vurğulayan Nomalungela Gina Azərbaycan məktəblərində keyfiyyətli təhsil sistemi ilə yaxından tanış olmaq istədiklərini, bu sahədə əməkdaşlığın dərinləşməsi üçün böyük potensial olduğunu söylədi.
Görüşdə Milli Məclisin deputatı Sona Əliyeva və digər rəsmi şəxslər iştirak edirdilər 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !