DGK rəsmisi Elektron gömrüyün inkişaf etdirilməsi üçün layihələrin idarə olunmasının əsas prinsipləri mövzusunda təqdimatla çıxış edib - FOTO

DGK rəsmisi “Elektron gömrüyün inkişaf etdirilməsi üçün layihələrin idarə olunmasının əsas prinsipləri” mövzusunda təqdimatla çıxış edib FOTO

Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransında Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev “Elektron gömrüyün inkişaf etdirilməsi üçün layihələrin idarə olunmasının əsas prinsipləri” mövzusunda təqdimatla çıxış edib.

 

İqbal Babayev təqdimat zamanı innovasiya lahiyələrini gömrük sistemində tətbiq etmək üçün 4 əsas prinsipin- infrastrukturun inkişafı, biznes prosesin modernləşdirilməsi, potensialın gücləndirilməsi, metodologiyanın tətbiqinin vacibliyini vurğulayıb. İdarə rəisi təqdimatın əsas fəlsəfəsini belə açıqlayıb: “Yeniliyə aparan yol köhnə ilə vidalaşmaqdan keçir”.

 

Daha sonra İqbal Babayev İnforformasiya Kommunikasiya Texnologiyalarının Azərbaycan gömrüyündə tətbiqindən bəhs edərək, Dövlət Gömrük Komitəsinin “Hədəf” mərkəzi, VAİS sistemi, Elektron bəyanetmə və digər nailiyyətlər barədə məlumat verib.

 

Təqdimatın sonunda sualları cavablandıran İqbal Babayev innovasiya lahiyələrinin tətbiqi ilə birlikdə qısa zaman kəsiyində 1100 kq-dan artıq heroinin gömrükçülər tərəfindən aşkar edilərək Avropaya daşınmasının qarşısının alındığını, qiymətlərin idarə olunması, tarif sisteminin həyata keçirilməsində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

 

Konfrans çərçivəsində İqbal Babayev “Rəqəmsal Gömrük” panelində də iştirak edib. Paneldə elektron gömrüklə bağlı məsələlər müzakirə olunub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !