Fikrət Şiriyev : - Bilmədim nə üçünsə 3 saat Hacıbala müəllim haqqında düşündüm...

Fikrət Şiriyev : Bilmədim nə üçünsə 3 saat Hacıbala müəllim haqqında düşündüm...

Dünən yağış haqda olan mahnılar, Hind kinolarında yağış altda çəkilən kadrlardan daha çox Hacıbala Abutalıbov yadıma düşürdü. Ziya Bünyadov prospektində(Dərnəgüldə) düz 3 saat körpünün üstündə dayandıq. Nə irəli, nə geri, nə sağa, nə sola yol olmayan bir vəziyyətdə qonşu maşınlarda ağlayan uşaqları, acından ölən, su istəyən, qarnı ağrayan adamlara baxa-baxa düşünürdüm ki, görəsən Hacıbala müəllim indi haradadır? Bəlkə istefa ərizəsi yazmağa kağız axtarır? Bəlkə fikirləşir ki, dünyanın başqa şəhərlərində buna bənzər hadisələr olanda şəhərin meri nə edir? Bəlkə bu gün o hadisə barədə verəcəyi açıqlamarı planlaşdırır? Bilmədim nə üçünsə 3 saat Hacıbala müəllim haqda düşündüm... 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !