Regionlarda səhiyyə xidmətinin səviyyəsi yüksəlir -

Regionlarda səhiyyə xidmətinin səviyyəsi yüksəlir

Dövlətin diqqət və qayğısı sayəsində regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması məqsədi ilə bütün növ müayinə və müalicə, həmçinin ən ağır əməliyyatların icrasına imkan verən müasir səhiyyə müəssisələri yaradılmışdır.

Aparılan köklü islahatlar, quruculuq ilə bağlı geniş ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyi regionlarda yerləşən tibbi müəssisələrə media turlar təşkil edir. Növbəti media tur çərçivəsində 23-24 sentyabr tarixlərində mətbuat nümayəndələri Göygöl RMX və Yevlax RMX-larında olmuşlar.

Tədbir çərçivəsində KİV nümayəndələrinə qeyd edilmişdir ki, xəstəxanalar müasir avadanlıqlarla təchiz edilmiş, regionlarda fəaliyyət göstərən kadrların ixtisas səviyyəsini artırılması sahəsində addımlar atılmış, zəruri şərait yaradılmışdır.

Media tur çərçivəsində Gəncə şəhərinin Səhiyyə İdarəsində mətbuat konfransı keçirilmişdir. Qeyd edilmişdir ki, idarənin tabeliyində 35 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdən 16-sı stasionar, 19-u poliklinik tiplidir.

2016-ci il ərzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən bölgədə ən böyük xəstəxanalardan biri olan 285 çarpayılıq A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, 80 çarpayılıq Yoluxucu xəstəliklər xəstəxanası, bölgədə ən böyük poliklinikalardan biri olan 6 saylı poliklinika əsaslı təmir olunmuş, müasir tibbi avadanlıq və inventarlarla təchiz olunmuşdur.

Şəhərdə ixtisaslaşmış sahələr üzrə Psixiatriya xəstəxanası, Endokrinoloji Xəstəxana, Vərəm Əleyhinə Xəstəxanası, Oftalmoloji Xəstəxana, Yoluxucu xəstəliklər xəstəxanası, Kardioloji Xəstəxana, Onkoloji Xəstəxana, Narkoloji Dispanser və Psixonevroloji dispanser ixtisaslaşmış tibbi xidmət göstərir.

17 fevral 2016-cı il tarixində Ölkə Prezidenti cənab İlham Əliyevin tərəfindən səhiyyə naziri cənab Oqtay Şirəliyevin iştirakı ilə A.Səhhət ad. 1 saylı şəhər xəstəxanasına baxış kecirilmişdir. 285 çarpayılıq çoxprofilli xəstəxana, terapiya, cərrahiyyə, urologiya, travmatologiya, anesteziologiya-reanimasiya, doğum şöbələrindən, bundan başqa şua diaqnostikası, laboratoriya, fizioterapiya bölmələrindən ibarətdir. Səhiyyə Nazirliyi tərəfindən xəstəxana ən müasir müayinə metodlarından sayılan Nüvə Maqnit Rezonans Tomoqrafiyası, Kompüter Tomoqrafiyası, USM müayinə, rəqəmsal rentgen aparatları, kliniki, biokimyəvi, immumoferment analizatorlarla, koaqulomertlə, narkoz aparatları, monitorlarla və digər aparat və avadanlıqlarla təmin olunmuşdur.

2013-cü ildən A.Səhhət xəstəxanasının nəzdində fəaliyyətə başlayan 40 çarpayılıq hemodializ şöbəsində 250 nəfərədək xəstə proqramlı hemodializ olunur.

2016-ci ilin 13 mayında Səhiyyə Nazirliyinin akad. Z.Əliyeva adına Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutunun Gəncə şəhərində filialı istifadəyə verilmişdir ki, bu da əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinə öz müsbət təsirini göstərməkdədir.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 200 çarpayılıq Psixiatriya xəstəxanası üçün yeni müasir tələblərə uyğun 2 korpus və yardımçı binaların tikintisinə başlanılmışdır.

2016-cı iıin cari dövrü ərzində Səhiyyə Nazirliyi üzrə “Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə” əmrə uyğun olaraq Gəncə şəhəri 2 saylı uşaq poliklinikasının nəzdində Naftalan, Daşkəsən, Kəlbəcər, Goranboy, Gədəbəy, Şəmkir, Samux, Tovuz, Qazax, Ağstafa, Göygöl rayonları təhkim olunmaqla Regional Uşaq Psixi Sağlamlıq Mərkəzi fəaliyyətə başlamışdır. Həmin mərkəzdə işləyəcək həkim psixiatr, loqoped, psixoloq, tərbiyəci, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatcılar hazırlanmış, Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində iş yerində təcrübə kecmiş, təşkilatı metodik yardım almışlar.

Yeni salınan qəsəbələrdə göstərilən tibbi xidmərin səviyyəsinin yüksəldilməsi də qarşıya məqsəd qoyulmuşdur.

Şəhərin qadın əhalisinə Qadın Məsləhətxanası və 80 çarpayılıq Regional Perinatal Mərkəz, 2016-cı ildən isə A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının doğum şöbəsi xidmət göstərir.

Uşaq əhalisinə tibbi xidmət 1 saylı və 2 saylı birləşmiş uşaq xəstəxanaları, Körpələr evi, 1, 2, 3, 4 saylı uşaq poliklinikaları, Uşaq stomatoloji poliklinika tərəfindən göstərilir.

Böyük yaşlı əhaliyə 1, 2, 3, 5 və 6 saylı poliklinika və Müharibə və Əmək Veteranları Poliklinikası tərəfindən müalicə-profilaktik tibbi xidmət göstərilir.

Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyası bütün gün ərzində fəaliyyət göstərir və şəhərin müxtəlif 4 müxtəlif istiqamətlərində bölmələri var.

Şəhərdə“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmir olunmuş, müasir tibbi aparat və avadanlıqlarla təmin edilmiş 2009-cu ildən fəaliyyət göstərən Regional Perinatal Mərkəz Qərb bölgəsinin 11 rayonunun əhalisinə III səviyyə üzrə perinatal və neonatal ixtisaslaşmış tibbi xidmət göstərir.

Onkoloji xəstəxanada şua müalicə bölməsi Çexiya istehsalı olan müasir “Terebalt” şüa müalicə aparatı ilə təmin edilmişdir. Burada müasir kompüter tomoqraf simulyator müayinələr də aparılır. Nəticədə uyğun xəstələrin şüa diaqnostikası və şüa müalicəsi ücün Bakı şəhərinə getmələrinə hec bir ehtiyac qalmır.

Səhiyyə İdarəsinin tabeliyində olan tibb müəssisələrində 794 həkim, onlardan 1 tibb elmləri doktoru, professor, 12 tibb elmləri namizədi, 1636 tibb bacısı işləyir.

Tibb işcilərinin bilik və peşə bacarığının artırılması istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılır, 2016-cı il ərzində 158 həkim, 233 orta tibb işcisi təkmilləşmə kurslarında olmuşdur. Səhiyyə İdarəsinin konfrans zalında Azərbaycan Dövlət Həkimlərinin Təkmilləşdirmə İnstitutunun cərrahiyyə, reanimasiya, pediatriya, terapiya, nefrologiya kafedralarının, Səhiyyə Nazirlyinin Elmi Tədqıqat İnstitutularının, Milli Onkoloji Mərkəzin, Türkiyənin Ege Universitetinin əməkdaşlarının iştirakı ilə elmi praktik konfranslar kecirilmişdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !