XIX TÜRKSOY Opera günləri keçiriləcək -

XIX TÜRKSOY Opera günləri keçiriləcək

Oktyabrın 5-dən 12-nə kimi TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı tərəfindən XIX TÜRKSOY Opera günləri keçiriləcəkdir. Ənənə üzrə hər il baş tutan bu tədbir 2016-cı ildə Azərbaycanın görkəmli sənətkarı məşhur müğənni Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilmişdir. Bir qayda olaraq TÜRKSOY Opera günlərində bütün türkdilli ölkələrin tanınmış sənət xadimləri iştirak edirlər. Festival çərçivəsində konsertlər İstanbul və Qirnədə (Şimali Kipr Cümhuriyyəti) keçiriləcəkdir.

 

Ölkəmizi bu mötəbər tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Azərbaycan Respublikası Prezidenti mükafatçıları - Xalq Artisti Azər Zeynalov və Əməkdar Artist Afaq Abbasova təmsil edəcəklər. Onlar konsertlərdə klassik dünya bəstəkarlarının əsərləri ilə yanaşı, vaxtilə Rəşid Behbudovun repertuarına daxil olan ariya və duetlər də ifa edəcəklər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !