AZƏRBAYCANIN ƏMƏKDAR ARTİSTİ RAMİL QASIMOV İLK DƏFƏ DİRİJORLUQ ETDİ - FOTO ( AZpress.AZ - Rustəm İsmayılov, Minə Türksoy )

AZƏRBAYCANIN ƏMƏKDAR ARTİSTİ RAMİL QASIMOV İLK DƏFƏ DİRİJORLUQ ETDİ FOTO ( AZpress.AZ - Rustəm İsmayılov, Minə Türksoy )

Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına VIII musiqi festivalı çərçivəsində “Əbədi musiqi” adlı klassik gecə baş tutub.
AZpress.AZ xəbər verir ki, Azərbaycan televiziyası və radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına Xorun müşayiəti ilə əməkdar artist, “Mədəniyyət” kanalının baş direktoru Ramil Qasımov ilk dəfə dirijor qismində çıxış edib. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının qəhrəmanı kimi tanınan istedadlı musiqiçi Ramil Qasımovun debütü tamaşaçılar üçün gözlənilməz olub. Gecədə bütün musiqi nömrələri böyük alqışlarla qarşılanıb. Konsertdə Azərbaycanın tanınmış, ziyalı, elm, musiqi, siyasi xadimləri iştirak edib.

 

İlk dəfə olaraq dirijor kimi səhnəyə çıxan Ramil Qasımov Azərbaycan musiqisinin çox zəngin köklərə malik olduğunu deyib: “Bu gün sizlərə professional Azərbaycan musiqimizin banisi dahi Üzeyir bəyin və Azərbaycan bəstəkarlarının opera, operetta və mahnılarından nümunələri təqdim etdik. Ümid edirik ki, bu konsertlə bağlı özünəməxsus ifaları ilə könlünüzü oxşadılar”.

 

Konsertin proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra”, “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Fikrət Əmirovun “Sevil” operettasından “Balaşın nəğməsi”, Müslüm Maqomayevin “Şah İsmayıl” operasından “Aslan Şahın” ariyası, Niyazinin “Vətən nəğməsi”, Qara Qarayevin “Yedi gözəl” baletindən “Vals” və digər əsərlər ifa olunub.

 

Əsərlər vokalçılar Samir Cəfərov, İnarə Babayeva, Gülnaz İsmayılova, Taleh Yəhyayev, Aytac Şıxəlizadə, Anar Şuşalı, Cahangir Qurbanov və digərlərinin ifasında səslənib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !