İçərişəhərdə Qız qalası festivalı keçilib - FOTO

İçərişəhərdə “Qız qalası” festivalı keçilib FOTO

İçərişəhərdə uşaqlar üçün “Qız qalası” festivalı keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Uşaq Yaradıcılıq Mərkəzlərinin rəhbərləri, şagirdlər iştirak ediblər. İki gün davam edən festivalda yaradıcılıq mərkəzlərindən və internat məktəblərindən 30-a yaxın şagirdin milli və müasir üslubda işlənmiş rəsm əsərləri nümayiş olunub.

Mərasimin sonunda iştirakçılar diplom və hədiyyələrlə təltif olunub.

Qeyd edək ki, festival Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində keçirilib.

“Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır. Festivalda iştirak edən müxtəlif ölkələrin rəssamları Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaradıblar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !