CAVANŞİR NƏBİ OĞLU ƏSƏDOVUN işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır... -

CAVANŞİR NƏBİ OĞLU ƏSƏDOVUN işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır...

Masallı rayonu ictimaiyyətinə ağır itki üz vermişdir.
Nüfuzlu ziyalı, təcrübəli təşkilatçı, Yeni Azərbaycan Partiyasının üzvü, bölgənin tanınmış ictimai xadimi, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Nəbi oğlu Əsədov 16 sentyabr 2016-cı ildə 80 yaşında vəfat etmişdir.
Cavanşir Əsədov 5 oktyabr 1936-cı ildə Masallı rayon Boradigah kəndində anadan olmuşdur. 1953-cü ildə Boradigah kənd orta məktəbini bitirən C. Əsədov 1953-1955-ci illərdə oxuduğu məktəbdə pioner baş dəstə rəhbəri işləmişdir. 1960-cı ildə ADPU-nun tarix-filologiya fakültəsini bitirmişdir. 1960-1965-ci illərdə Boradigah orta məktəbində müəllim, 1965-1969-cu illərdə Telman adına sovxozda ilk partiya təşkilatı katibi, 1969-1971-ci illərdə həmin sovxozda direktor işləyib. 1971-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. 1971-1976-cı illərdə Masallı rayon XDS İcraiyyə Komitəsinin sədri seçilib. 1974-1977-ci illərdə Bakı Ali Partiya məktəbində oxuyub. 1976-1978-ci illərdə tütün-fermentləşdirmə zavodunun, 1978-1990-cı illərdə Masallı və Boradigah çay fabriklərinin direktoru vəzifəsində çalışıb. 1990-1992-ci illərdə rayon Çayçılıq Birliyinin rəisi, 1992-1993-cü illərdə Masallı Rayon XDS-nin sədri olub. 1993-1999-cu illərdə Boradigah 2 nömrəli çay fabrikin direktoru, 1999-cu ildə “Boradigah çay-2” Açıq tipli Səhmdar Cəmiyyətin sədri vəzifəsində çalışıb. 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. 2003-cü ildə Həcc ziyarətində olmuşdur. 2011-ci ildə “Tərəqqi” medalına layiq görülmüşdür. Çalışdığı müddətdə onlarca Fəxri fərman və mükafatlar almışdır. Respublika Ağsaqqallar Şurasının üzvü Cavanşir Əsədov 2001-ci ildən ömrünün sonunadək Masallı rayon Ağsaqqallar Şurasının sədri olmuşdur.
Cavanşir Əsədov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, yaxşı təşkilatçı kimi tanınmış, rayonun ictimai həyatında fəallıq göstərmiş, insanların hörmətini qazanmış, ayrı-ayrı sahələrin inkişafı naminə zəhmətini əsirgəməmişdir.
Cavanşir Əsədov mehriban ailə başçısı, etibarlı dost, yaxşı yoldaş, gözəl insan idi.
Hacı Cavanşir Əsədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Cavanşir Əsədovun vəfatı münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil İSRAFİL OĞLU HÜSEYNOV, sonra
MM-in deputatları Nəriman Əliyev, Elmira Axundova, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Prokuroru Allahverdi Novruzov, Masallı rayon Məhkəməsinin sədri Hilal Xəlilov, Masallı rayon Polis rəisi Habil Əmiraslanov, DTX Masallı Rayon Şöbəsinin müdiri Fuad Əliyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Nadir Abıyev, Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Nəsir Muxtarlı, Masallı Rayon İcra Hakimiyyət i Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adəm Məhərrəmov, Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov, Prezident təqaüdçüsüŞirvan Əbilov, Masallı Rayon Ağsaqqallar Şurası sədrinin müavini Ələşrəf Niftiyev, Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Seymur Nuriyev, Boradıgah qəsəbə ərazi nümayəndəsi Ələkbər Cəfərov nekroloq imzalamışlar.


Əlihüseyn ŞÜKÜROV 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !