İranlılar Mingəçevirdə Kütləvi xoşbəxtlik tamaşasını oynadılar - FOTO

İranlılar Mingəçevirdə “Kütləvi xoşbəxtlik” tamaşasını oynadılar FOTO

Sentyabrın 16-da II Şəki Beynəlxalq Teatr festivalı çərçivəsində Mingəçevir Dövlət Dram Teatrında İran İslam Respublikasının aktyor heyəti “Kütləvi xoşbəxtlik” tamaşasını təqdim ediblər. Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli tamaşanın qısa məzmunundan danışıb: “Tamaşa sənətin ölməzliyindən bəhs edir. Belə ki, xanın həyat yoldaşı 250-300 il yaşamış sənətkarı görür, bunun sirlərini öyrənməyə çalışır. Təəssüf ki, xanın hərəmlərindən biri vəzirlə əlbir olub, xanımın yediyi paxlavaya zəhər qatır. Dünyasını dəyişən xanım o biri dünyada da həmin sənətkarlarla qarşılaşır və onların ölməzliyinin sirlərini öyrənməkdən vaz keçmir. Bu dəfə sənətkarlar sirlərini ona açırlar. İzah edirlər ki,250-300 il bundan əvvəl ölsələr də, onların sənəti ölməyib, daima xalqın yaddaşındadır”.

Tamaşa böyük maraq və alqışla qarşılanıb. İranlı sənət adamları qonaqpərvərliyə görə şəhərin və teatrın rəhbərliyinə təşəkkürlərini bildiriblər. Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov qonaqlara Mədəniyyət və Turizm Nazirliyinin diplom və fəxri fərmanlarını təqdim edib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !