Şəki Beynəlxalq Teatr Festivalında İqor Klyuçnikin Piy tamaşası oynanılıb -

Şəki Beynəlxalq Teatr Festivalında İqor Klyuçnikin “Piy” tamaşası oynanılıb

Uğurla davam edən “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günü Ukraynanın “Krasivıye svetı” teatrı tamaşaçılara İqor Klyuçnikin “Piy” tamaşasını təqdim edib.

Satirik məzmunlu tamaşa müxtəlif sosial məsələlərə - hakimiyyət və pul hərisliyi, televiziyaya və sosial şəbəkələrə aludəçilik, pis vərdişlərə meyllilik və digər problemlərə toxunur.

Tamaşada rolları teatrın aktyorları Artyom Vusik, İqor Klyuçnik, Denis Çmelyov, Sergey Babkin və Snejana Babkina oynayıblar.

Tamaşanın sonunda kollektivə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyə təqdim olunub.

Sentyabrın 18-də Tbilisi Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara V.Pşavelanın “Ev yiyəsi və qonaq” əsərini təqdim edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !