Ekoloji İncəsənət layihəsinə start verilir -

“Ekoloji İncəsənət” layihəsinə start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə “Ekoloji İncəsənət” layihəsinə start verilir.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin ekoloji sahədə maarifləndirilməsi, ətraf mühitin mühafizəsi və məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında gənclər arasında informasiyanın yayılmasına dəstək olmaqdır. Həmçinin tullantıların təkrar emalı və onlardan hazırlanan incəsənət nümunələrini gənclərə nümayiş etdirmək əsas məqsədlərdən biridir.
Qeyd edək ki, layihə ərzində 3 gün seçilmiş gənclərə ekoloji mövzularda müxtəlif təlim və seminarlar keçiriləcək və sonda tullantılardan hazırlanmış sənət nümunələrindən ibarət sərgi keçiriləcəkdir.
Layihənin keçirilmə tarixi: 20-22-24-25.09.16
Son müraciət tarixi: 17.09.2016
Ərizə forması:


https://goo.gl/forms/etWCm3L7bhj4xX462

 

İştirakçıların seçim meyarı :
• Yaş məhdudiyyəti: 14-29
• Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
• Yüksək motivasiyalı olmalı
• Ekologiya sahəsində məlumatlı olmalı

 


Qeyd: Seçimlər online müraciət əsasında aparılacaq. Sonda iştirakçılara sertifikat veriləcək.

 

Əlaqələndirici şəxs: Aydan Qasımova
Email: ekolojiincesenet@gmail.com
Telefon: +994553277504 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !