Bilik və kibertəhlükələr mənbəyi: - Kasperskiy Lab məktəblilərin təhsildə İnternetə çıxışı olan qurğulardan necə istifadə etdiyini araşdırıb

Bilik və kibertəhlükələr mənbəyi: “Kasperskiy Lab” məktəblilərin təhsildə İnternetə çıxışı olan qurğulardan necə istifadə etdiyini araşdırıb

Dərs ilinin başlaması ilə şagirdlər yeni həvəslə təhsilə başlayır və bilik əldə etmək üçün aktiv şəkildə İnternetə çıxışı olan qurğulardan istifadə edirlər. Lakin şəbəkədə onların qarşısına dünyagörüşlərini genişləndirəcək və yaxşı qiymətlər almağa kömək edəcək informasiya ilə yanaşı, valideynlərin belə təxmin edə bilməyəcəkləri arzuolunmaz kontentlər və bir çox təhlükələr çıxa bilər.

“Kasperskiy Lab” şirkətinin məlumatına görə, təhsillə bağlı İnternetə çıxış zamanı məktəblilərin 58%-i kompüter və notbuklara üstünlük verir. Planşetlərdən bu məqsədlə 4 nəfərdən 1-i, smartfonlardan isə məktəblilərin 15%-i istifadə edir.

Gənc istifadəçilərin yarısından çoxu (60%-i) ən azı həftədə bir neçə dəfə təhsillə əlaqədar İnternetə daxil olur. Bununla belə, şagirdlərin 28%-i İnterneti öz təhsilləri üçün çox əhəmiyyətli alət olaraq görür və məhz bu səbəbdən ondan tamamilə imtina etməyə hazır deyil.

Bundan başqa, şаgirdlər İnternetdə informasiyanın axtarışı zamanı kibertəhlükələrlə də rastlaşa bilər. Belə ki, 8-16 yaş arası şagirdlərin 37%-i bu cür hallarla qarşılaşdığını bildirib. Onlar uyğun olmayan kontentlə, zərərli proqramlar, fırıldaqçılıq, onlayn təcavüz və digər təhlükəli hallarla rastlaşıblar.

Onu da qeyd edək ki, şagirdlərin İnternetə çıxışı olan qurğulardan aktiv istifadəsi valideynlərlə konfliktə səbəb olur, bu da bir çox ailələrdə həm uşaqların, həm də böyüklərin eyni qurğulardan istifadə etməsindən irəli gəlir. Bu, kompüter və notbukların ümumi istifadə olunduğu 64% ailə üçün aktual problemdir. Məsələn, valideynlər uşaqların qurğuda nə isə qırdığından (31%), virus keçirdiklərindən (30 %) və səhvən bəzi informasiyaları silməklərindən (23%) şikayət edirlər. Hər 4-cü valideyn (24%) uşağı tərəfindən sifariş olunmuş və ya yüklənilmiş kontent üçün pul ödəməli olur. Uşaqlar da şikayətsiz deyil: gənc istifadəçilərin 16%-i valideynlərinin səhvən onların məlumatlarını sildiyini bildirib.

“Qurğular və İnternetə çıxış həqiqətən şagirdlərə təhsildə çox kömək edir: daha çox informasiya əldə etməyə şərait yaradır, öyrənmə prosesini yadda qalan və daha maraqlı edir. Lakin uşağı rəqəmsal dünya ilə təkbətək buraxarkən onun təhlükəsizliyi barədə də düşünmək lazımdır. Şagirdlər sadəcə yeni informasiya axtarsalar belə, uyğun olmayan kontentlə rastlaşa və psixoloji travma ala bilərlər. Qoruyucu həll yolu İnternetdən yeni biliklərin alınması prosesinə mütləq şəkildə əlavə edilməlidir. Uşağın kompüterinə quraşdırılmış valideyn nəzarət proqramı vasitəsilə uşaq təsadüfən və ya bilərəkdən azruolunmaz kontentlə rastlaşa bilməz. Bu cür kontentə yüksək maraq olduğu təqdirdə isə valideyn bu barədə bildiriş qəbul alır”, - deyə “Kasperskiy Lab” şirkətinin uşaq internet təhlükəsizliyi üzrə eksperti Mariya Namestnikova qeyd edib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün “Kasperskiy Lab” şirkəti bütün məşhur əməliyyat sistemlərinə uyğun olan “Kaspersky Safe Kids” adlı xüsusi həll işləyib hazırlayıb. Bu proqram valideynlərə gənc istifadəçinin İnternetdə nə ilə məşğul olduğunu, orada nə qədər vaxt keçirdiyini öyrənmək, həmçinin uşağın smartfonuna gələn zəng və SMS-lər barədə xəbərdarlıq alma və geolokasiya funksiyasının köməyilə yerlərini təyinetmə imkanı yaradır.

İnternetdə uşaqları gözləyən təhlükələr və qoruma üsulları barədə daha ətrflı məlumatı kids.kaspersky.ru saytından əldə edə bilərsiniz.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !