Lənkəran Dövlət Dram Teatrı Cəlilabad Xalq Teatrının yaradılmasına hamilik köməyi göstərib -

Lənkəran Dövlət Dram Teatrı Cəlilabad Xalq Teatrının yaradılmasına hamilik köməyi göstərib

Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi ötən mövsümdən cənub bölgəsinin mədəniyyət müəssisələrinə başladığı hamilik köməyini davam etdirməkdədir. Teatrın rəhbərliyi bu gün Cəlilabad rayonunda xalq teatrının kollektivi ilə görüşüb. Görüşdə bir daha Lənkəran teatrı ilə rayonun mədəni maarif müəssisələrinin, o cümlədən xalq teatrının əlaqələrinin qurulmasının vacibliyindən söz açılıb.

 

Lənkəran teatrının rəhbərliyi çıxışı zamanı kollektivdə istedadlı aktyorlara ciddi ehtiyacın duyulduğunu qeyd edərək, Cəlilabad Xalq Teatrının aktyorlarının imkanlarından gələcəkdə istifadə olunacağını diqqətə çatdırıb.

 

Daha sonra xalq teatrının hazırladığı M.F.Axundzadənin “Hacı Qara” komediyasının məşqləri izlənilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !