Füzuli rayonunda Qurban bayramı qeyd olunmuşdur - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Füzuli rayonunda Qurban bayramı qeyd olunmuşdur FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan Qurban bayramı İslam dinində xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Respublikamızın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da Qurban bayramı qeyd olunmuşdur.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən Horadiz şəhərində Qurban kəsilərək şəhər sakinlərinə paylanılmışdır. Alı Alıyev şəhər sakinlərini mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik etmiş, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulamışdır.
O, cümlədən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişi ilə ərazidəki icra nümayəndələri tərəfindən qurbanlar kəsilərək aztəminatlı ailələrə paylanılmışdır.
Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Alı Alıyev N saylı hərbi hissədə olmuş, əsgər və zabitləri Qurban bayramı münasibəti ilə təbrik etmiş və onlara qurban sovqatları təqdim etmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !