Bərdədə turizm sektorunun inkişafına yetərincə dəstək verilir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdədə turizm sektorunun inkişafına yetərincə dəstək verilir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Son dövrlər ölkədə turizm sektorunun inkişaf etdirilməsi istiqamətində Azərbaycan hökuməti bir sıra islahatlar həyata keçirib. Həmin islahatlardan biri də turizm sənayesinin yaradılmasıdır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin bir çox bölgələrində Turizm İnformasiya Mərkəzləri yaradılıb ki, həmin mərkəzlər bölgəyə gələn turistlərin rahatlığını təmin edir. Həmin mərkəzlərdən biri də Qarabağ bölgəsini əhatə edən Bərdə Turizm İnformasiya Mərkəzidir.

Mərkəz 2015-ci ildən fəaliyyətə başlayıb. 4 nəfər əməkdaşı olan Bərdə Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ümumilikdə bölgəyə gələn xarici və yerli turistlərin bilgiləndirilməsi, onların turlar vasitəsi ilə regionun tarixi, mədəniyyəti və səfalı guşələri ilə tanış edilməsindən ibarətdir.

Mərkəzin direktoru Hikmət Heydərov AZpress.AZ-ın əməkdaşı ilə söhbət zamanı bildirib ki, mərkəzin fəaliyyətə başlaması bölgəyə üz tutun turstlərin işini bir qədər asanlaşdırıb: “Bildiyiniz kimi, Bərdə Turizm İnformasiya Mərkəzi 2015-ci ildən fəaliyyətə başlayıb. Həmin müddətdən rayona, ümumilikdə bölgəyə gələn turistlərə ərazidəki tarixi abidələr, restoranlar və otellər haqqında məlumatlar verilir. Onların bölgədə vaxtlarının daha səmərəli keçməsi istimaqətində bir sıra layihələr həyata keçiririk. Yəni, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi ilə birgə turistlər və yerli əhali üçün konsertlər və sərgilər təşkil olunur.”

Mərkəzin fəaliyyətindən yerli turistlərlə yanaşı xarici turistlər də lazımınca faydalanır. Bununla yanaşı həmin qonaqlara bölgənin turizm sahələrindən bəhs edən tanıtım bukletləri və özündə tarixi abidələri əks etdirən suvenerlər hədiyyə olunur.

“Mərkəzimizdə xarici turstlər üçün tərcüməçilik, bələdçilik, transport xidməti kimi əlavə xidmətlərimiz də mövcuddur. Onu da qeyd edim ki, Bərdə rayonuna gələn xarici turistlərin böyük əksəriyyəti burada yerləşən tarixi abidələri böyük maraqla seyr edib, onların tarixləri ilə maraqlanıblar. Bununla yanaşı onlar rayonun bir sıra yerlərində təşkil edilmiş sərgiləri də böyük maraqla qarşılayıblar...” – deyə Hikmət Heydərov bildirdi.

Hikmət Heydərov söhbət zamanı, mərkəzin 2016-cı ilin aprelində “Exspo Center”də keçirilən 15-ci AİTF sərgisində iştirak etdiyini, bölgənin turizm potensialını oradakı sərgidə nümayişə çıxardıqlarını bildirib.

Hazırda rayonun turizm mərkəzi tam olaraq xidmətə davam edir.

Məlumat üçün bildirək ki, dahi Nizaminin də bəhs etdiyi qədim Bərdə şəhərində Azərbaycan xalqının qədimliyini özündə əks etdirən kifayət qədər tarixi abidələr yer almaqdadır.

Elgün Gəncimsoy, Bərdə
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !