Mingəçevirdə qədim xalq nağılı Şəngülüm, Şüngülüm, Məngülüm nağılı kuklaların dili ilə uşaqlara çatdırıldı - FOTO

Mingəçevirdə qədim xalq nağılı “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı kuklaların dili ilə uşaqlara çatdırıldı FOTO

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, Respublikanın əməkdar artisti, “Qızıl Dərviş” mükafatı laureatı Rəhman Rəhmanov Mingəçevir Dövlət Dram teatrının dəvəti ilə şəhərin uşaq baxçaları, körpələr evlərində qədim xalq nağılı “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılını kuklaların dili ilə uşaqlara çatdırdı. Onun təqdim etdiyi bu tamaşa Mingəçevirli balaca fidanlar tərəfindən çox böyük sevinclə qarşılandı. Azyaşlı tamaşaçılar qarşısında çıxış edən əməkdar artist uşaqlar, müəllimlər və valideynlərlə maraqlı görüşlər keçirdi. Uşaqların sevimlisi olan əməkdar artist Rəhman Rəhmanov bu ilin oktyabr ayında Mingəçevir Dövlət Dram teatrının dəvəti ilə yerlı aktyorlarla birgə yeni iki tamaşa hazırlayacaq və yenidən Mingəçevirdə uşaqların qonağı olacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !