Bərdə - referenduma hazırlıq - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Bərdə - referenduma hazırlıq FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ )

Ölkənin bütün bölgələrində olduğu kimi Bərdə rayonunda da qarşıdan gələn referendum seçkilərinə hazırlıq işləri uğurla davam etdirilir. Və demək olar ki, rayon, şəhər və kənd dairələri üzrə seçki məntəqələrinin bir çoxu xidmətə tam olaraq hazırdır.

AZpress.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin binasında yerləşən 93 saylı şəhər seçki dairəsinin 8 saylı seçki məntəqəsi artıq seçkilərdə iştirak edəcək vətəndaşların yolunu gözləyir. Beləki məntəqə rayonun mədəniyyət işçiləri tərəfindən lazımi standartlara vaxtından əvvəl uyğunlaşdırılıb.

Bundan başqa hər iki seçki dairəsindən 18 məntəqə Bərdə rayon Mədəniyyət və Turizm Şöbəsinin balansında olan ictimai binalarda yerləşir ki, həmin binalarda da hazırlıq işləri müvəffəqiyyətlə davam etdirilir. Qeyd olunan 18 məntəqənin 5- i şəhər seçki dairəsinin 13-ü isə kənd seçki dairəsinin məntəqələridir.

Rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbəri İlyas Hacıyev əməkdaşımızla söhbət zamanı, sözügedən məntəqələrin heç birində hər hansı bir çətinliyin olmadığını və məntəqələrdə hazırlıq prosesin yüksək səviyyədə aparıldığını bildirib.

 

Elgün Gəncimsoy, Bərdə
AZpress.AZ

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !