Masallı rayonunda İslamın sülh və vəhdət missiyası adlı tədbir keçirilib - FOTO

Masallı rayonunda “İslamın sülh və vəhdət missiyası” adlı tədbir keçirilib FOTO

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Masallı Rayon Gənclər və İdman idarəsinin birgə təşəbbüsü ilə “Sülh aylığı” çərçivəsində “İslamın sülh və vəhdət missiyası” adlı tədbir keçirilib.
Masallı şəhər “Gənclər evi”ndə baş tutan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Elvin Hüseynli, Masallı rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə, Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov 21 sentyabr “Beynəlxalq sülh günü” haqqında məlumat verib. O, bildirib ki, ölkəmizdə sülh və əminamanlığın yaradılmasının əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Hazırda isə onun sülhpərvər siyasətini cənab Prezident uğurla davam etdirir. Natiq çıxışında cənab Prezidentin həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına yönəlik xidmətlərini önə çəkib.
Masallı Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Mazanov İslamın vəhdət və sülh dini olmasından bəhs edərək, bədxah qonşularımızın qərəzli və işğalçılıq siyasətini pisləyib.
Masallı Rayon Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxışında daim sülh və əminamanlıq tərəfdarı olan azərbaycan xalqının birgəyaşayış modelindən və tolerantlıq ənənələrindən danışaraq onu dünyaya nümunə kimi təbliğ etdiyinə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Bölgə üzrə şöbənin məsləhətçisi Elvin Hüseynli isə çıxışında ölkəmizdəki dini durumu dəyərləndirərək, bölgələrdə maarifləndirici və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsinin önəmini vurğulayıb.
Tədbir qarşılıqlı suallar əsasında, diskussiya şəklində davam edib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !