MASALLI RAYONUNUN XIL KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RAYONUNUN XIL KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən bildirirk ki, bu gün, sentyabrın 7-də Masallı rayonu Xıl kəndinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olmuşdur.
Tədbiri giriş sözü ilə Masallı RİHB-nin Xıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqrar Nəsirov açmışdır.
Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışmışdır.
Sakinlərdən Yaşar Nəzərov, Şəmsiyyə Məmmədova və başqaları çıxış edərək Xıl ərazisinə təbii qaz verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Rafael Novruzov bildirmişdir ki, Xıl kəndinin qazlaşdırılması üçün 52.700 paqonometr müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır. Kənddə 859 ailəyə təbii qaz verilmişdir.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Milli Qəhrəman atası Eynulla Eynullayevlə birlikdə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar.

 

 

TƏQDİM OLUNAN FOTOLAR MASDALLI RAYONUNDA ÇIXAN "YENİ HƏYAT" QƏZETİNİN FOTOMÜXBİRİ VƏKİL NOVRUZ OĞLU AĞAYEVİNDİR. 

 

MASALLI.


AZpress.AZ -ın


MASALLI müxbiri


Əlihüseyn Ş Ü K Ü R O V.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !